RazılıqƏgər siz FSCLUB.AZ vebsaytından (bundan sonra "FSCLUB Məhsulu" adlandırılır) istifadə edirsinizsə, o zaman siz hazırkı Şəxsi məlumatlar haqqında siyasətin tətbiqinə razılıq verirsiniz (aşağıda göstərilmiş hallar istisna olmaqla).
Əgər siz FSCLUB Mehsulunın istifadə olunduğu kənar vebsayta daxil olmusunuzsa, o zaman həmin onlayn resursda təqdim etdiyiniz hər hansı məlumatlar həmin vebsaytın (şirkətin) şəxsi məlumatlar haqqında siyasətinə uyğun şəkildə toplanılır.
Sizin məlumatlarınızın məxfiliyi bizim üçün çox vacibdir və biz şəxsi məlumatların mühafizəsinin əhəmiyyətli olduğunu qəbul edirik. Ona görə də, hazırkı Siyasəti hazırlamaqda məqsədimiz şəxsi məlumatlarınızın bizim tərəfimizdən necə toplanıldığı, istifadə edildiyi, bölüşüldüyü və dəyişdirdiyi barədə sizə məlumat verməkdir.
Şəxsi məlumatların tərkibi Şəxsi məlumatlar – birbaşa və ya dolayı şəkildə müəyyən olan və ya müəyyənləşdirilən fiziki şəxsə (vətəndaşa) aid hər hansı informasiyadır. Bu cür məlumatlara xüsusilə aşağıdakıları aid etmək olar: ad, soyad və ata adı, doğulma tarixi və yeri, ünvan, ailə vəziyyəti, sosial və əmlak vəziyyəti haqqında məlumatlar, təhsil, peşə, gəlir haqqında məlumatlar, habelə digər informasiya.
Bizim tərəfimizdən emal edilən şəxsi məlumatlar qanunvericiliyə uyğun qaydada ciddi şəkildə qorunan məxfi informasiya hesab edilir.
FSCLUB.AZ vebsaytından istifadə çərçivəsində biz aşağıdakı məlumatları toplayırıq :
- Cookies
- Əməliyyat Sisteminin versiyası
- Brauzerin versiyası
- Cihazın növü
- Brauzerin cari dili
- Cari vaxt zonası
Şəxsi məlumatların emalı – avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya bu cür vasitələrdən istifadə etmədən şəxsi məlumatlar üzərində edilən istənilən hərəkət (əməliyyat) və ya hərəkətlərin (əməliyyatların) məcmusu. Bu cür hərəkətlərə (əməliyyatlara) aşağıdakıları aid etmək olar: şəxsi məlumatların yığılması, əldə edilməsi, qeydə alınması, sistemləşdirilməsi, toplanması, saxlanılması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), çıxarılması, istifadə olunması, ötürülməsi (paylanılması, təqdim olunması, çıxış), anonimləşdirilməsi, bloklanması, silinməsi, məhv edilməsi.
İstifadə məqsədləriMüştərilərin məlumatları yalnız istehlakçı loyallığına dair FSCLUB loyallıq proqramında (bundan sonra "Proqram" adlandırılır) iştirak haqqında Müştəri ilə bağlanılmış müqavilə çərçivəsində aşağıdakı məqsədlərlə xidmətlərin göstərilməsi üçün toplanılır və saxlanılır: eyniləşdirmə (identifikasiya) və kommunikasiya üçün; Proqramın Operatoru və/ və ya Tərəfdaşları tərəfindən göstərilən xidmətlər və məhsullar haqqında Müştəriyə məlumat vermək üçün; FSCLUB Məhsulunun və Proqramının işini analiz etmək, texniki idarəetməsini həyata keçirmək və yaxşılaşdırmaq üçün; marketinq məqsədləri üçün; hazırkı Məxfilik Siyasətində göstərilmiş digər məqsədlər üçün. Hazırkı Məxfilik Siyasəti çərçivəsində Müştərinin məlumatları dedikdə aşağıdakılar nəzərdə tutulur: Müştərinin müqavilələr bağlayarkən və istifadə edərkən müstəqil şəkildə təqdim etdiyi və fsclub.az vebsaytında şəxsi kabinetdə yerləşən şəxsi məlumatlar (o cümlədən ad, soyad, ata adı, elektron poçt ünvanı, telefon daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq);
"Cookies" faylları istifadəçiyə imkan verir ki, FSCLUB platformasından istifadə tarixçəsini, tənzimlənmiş parametrləri və rahatlığını artıran digər məlumatları öz cihazında saxlasın.
- Əməliyyat Sisteminin versiyası haqqında məlumat müştərinin istifadə etdiyi əməliyyat sisteminin versiyasının xüsusiyyətlərini nəzərə almaqla müştəriyə əks etdirilən informasiyanı texniki cəhətdən optimallaşdırmaq üçün lazımdır.
- Brauzerin versiyası haqqında məlumat müştərinin istifadə etdiyi brauzer sisteminin versiyasının xüsusiyyətlərini nəzərə almaqla müştəriyə əks etdirilən informasiyanı texniki cəhətdən optimallaşdırmaq üçün lazımdır.
- Cihazın növü barədə məlumat müştərinin istifadə etdiyi əməliyyat sisteminin versiyasının xüsusiyyətlərini nəzərə almaqla müştəriyə əks etdirilən informasiyanı texniki cəhətdən optimallaşdırmaq üçün lazımdır.
- Vaxt zonası müştərinin yerləşdiyi vaxt zonası (saat qurşağını) nəzərə almaqla müştəriyə əks etdirilən vaxtın tənzimlənməsi üçün lazımdır.
- Fayl sistemi platformanın düzgün fəaliyyət göstərməsi üçün zəruri olan tətbiqi proqramdakı meta-məlumatların saxlanılması üçün lazımdır.
Bundan əlavə, biz kənar xidmətlərdən (məsələn Google Analytics kimi) istifadə edə bilərik. Bu kənar xidmətlərin təqdim olunmuş informasiyadan necə istifadə olunduğunu əks etdirən öz məxfilik siyasəti var.
Brauzerinizdə və ya cihazınızda quraşdırılmış icazələrdən asılı olaraq yerləşmə haqqında məlumatlar. Siz cihazınızın parametrlərində yerləşmənin müəyyənləşdirilməsi xidmətini söndürə bilərsiniz.
İnteqrasiya edildiyi təqdirdə kənar xidmətlərin təqdim etdiyi məlumatlar. Siz FSCLUB Məhsulu ilə qarşılıqlı əlaqə üçün kənar xidmətlərdən istifadə edə bilərsiniz (məsələn Facebook, poçt istifadəçiləri və s.). Bu cür qarşılıqlı əlaqə zamanı sizin şəxsi məlumatlarınız FSCLUB Məhsulu ötürülə bilər. Bundan əlavə, kənar xidmətlərin məlumatları ilə İnteqrasiya olduğu halda FSCLUB sizin adınızdan digər xidmətlərə daxil olmaq üçün icazəsi istəyə bilər.
Siz FSCLUB Məhsulu ilə qarşılıqlı əlaqədə olduğunuz zaman biz istənilən vaxt sizin şəxsi məlumatlarınızı istəyə bilərik.
Məlumatların mühafizəsiBiz sizin məlumatlarınızın təhlükəsiz saxlanılmasını təmin etmək üçün xüsusi tədbirlər görürük. Bu cür tədbirlər çərçivəsində sizin məlumatlarınıza icazəsiz giriş və ya onların icazəsiz açıqlanması kimi risklərin azaldılmasına yönəlmiş xüsusi proseslər və prosedurlar tətbiq olunur. İnformasiya təhlükəsizliyini təmin etmək məqsədilə tərəfimizdən zəruri təşkilati, texniki və fiziki tədbirlər görülüb. Məlumat bazası xidməti məlumatların saxlanılmasında şifrələmədən istifadə edir və FİPS 140-2 standartına cavab verir. Ehtiyat nüsxələr də daxil olmaqla diskdə şifrələnmiş məlumatlar. Bu xidmət məlumat saxlancının şifrələnməsinə tətbiq olunan 256-bit AES şifrələrindən istifadə edir, açarlar isə sistem tərəfindən idarə olunur. Məlumat saxlancının şifrələnməsi həmişə aktiv rejimdə olur və heç vaxt söndürülə bilməz. Nəqliyyat (transport) protokolu səviyyəsində məlumatların şifrələnməsi üçün TLS 1.3 standartından istifadə edilir.
İnformasiyanın üçüncü tərəflərə açıqlanmasıBiz istifadəçilərin məlumatlarını üçüncü tərəflərə açıqlamırıq. İstifadəçi məlumatları qanunvericiliyə uyğun olaraq səlahiyyətli orqanlar tərəfindən tələb olunduqda, həmin orqanlara təqdim edilə bilər.
Məlumatların təqdim edilməsindən imtinaBiz sizdən şəxsi məlumatlarınızı istəyən zaman sizə onları təqdim etməkdən imtina etmək imkanı veririk. Əgər şəxsi məlumatlarınızı təqdim etməkdən imtina edirsinizsə, biz sizə FSCLUB Məhsuluna giriş təmin edə bilmirik.
Şəxsi məlumatlarınızı təqdim etməkdən imtina etmək üçün bu barədə hello@fsclub.az ünvanına elektron məktub göndərməlisiniz.
Məlumatların silinməsiFSCLUB Məhsulundan öz şəxsi məlumatlarınızın silinməsini istəyə bilərsiniz. Bu cür sorğu əsasında biz sizin haqqınızda toplanılmış şəxsi məlumatları siləcəyik və ondan sonra FSCLUB Məhsulundan istifadəyə zəmanət verə bilməyəcəyik.
Sizin şəxsi məlumatlarınızın silinməsi üçün hello@fsclub.az ünvanına müraciət edin.
İnformasiya və reklam xarakterli bildirişlərin alınmasından imtina.
FSCLUB-dan informasiya və reklam xarakterli bildirişlərin alınmasından imtina edə bilərsiniz. Bunun üçün göndərilmiş materiallardakı müvafiq "bildirişlərdən imtina" parametrindən istifadə edin və ya öz müraciətinizi hello@fsclub.az ünvanına göndərin.
"Cookies" fayllarının bloklanmasıÖz brauzerinizdəki parametrlərdən istifadə etməklə "cookies" fayllarını silə və ya bloklaya bilərsiniz, lakin bundan sonra biz FSCLUB Məhsulundan istifadəyə zəmanət verə bilmərik.
Siz öz şəxsi məlumatlarınızın silinməsi, dəyişdirilməsi və ya təqdim olunması üçün bizə istənilən vaxt müraciət edə bilərsiniz Bunun üçün hello@fsclub.az ünvanına müvafiq qaydada müraciət edin.
Biz əsassız olaraq təkrarlanan və ya sistematik olan, qeyri-proporsional texniki səylər tələb edən (məsələn, ehtiyat məlumat daşıyıcılarında saxlanılan məlumatlarla bağlı sorğular), digər istifadəçilərin məxfiliyini təhlükə altında qoyan sorğuların icrasından imtina edə bilərik. İstənilən halda, biz məlumatları silərkən və ya dəyişdirərkən, bu xidməti ödənişsiz (pulsuz) yerinə yetiririk (qeyri-proporsional səylər tələb edən hallar istisna olmaqla).
Nəzərə almaq lazımdır ki, şəxsi hesab edilməyən məlumatlar hətta siz FSCLUB Məhsulundan istifadəni dayandırdığınızda və ya şəxsi məlumatların silinməsini istədiyinizdə belə saxlanıla bilər.
Uşaqların məxfiliyiYalnız 14 yaşına çatmış uşaqlar FSCLUB Məhsulundan istifadə edə bilər. FSCLUB Məhsuu 14 yaşından aşağı şəxslərə ("Uşaqlar") şamil edilmir. Biz 14 yaşdan aşağı uşaqlar barədə şəxsi məlumatları bilərəkdən toplamırıq. Əgər siz valideyn və ya himayəçisinizsə, uşaqlarınızın bizə şəxsi məlumatlarını təqdim etdiyini öyrəndiyinizdə bizimlə əlaqə saxlayın. Biz valideynin razılığı olmadan 14 yaşdan aşağı uşağın şəxsi məlumatını topladığımızı bildikdə, biz həmin məlumatları serverlərimizdən silmək üçün tədbirlər görürük.
Hazırkı Məxfilik Siyasətinə dəyişikliklər
Biz istənilən vaxt öz Siyasətimizi yeniləmək və ya dəyişdirmək hüququnu özümüzdə saxlayırıq və siz bu Məxfilik Siyasətini vaxtaşırı olaraq yoxlamalısınız. Bu səhifədə Məxfilik Siyasətinə hər hansı dəyişikliklər edildikdən sonra FSCLUB Məhsulundan istifadəni davam etdirməyiniz sizin həmin dəyişiklikləri təsdiqlədiyinizi və dəyişdirilmiş Məxfilik Siyasətinə riayət etməyə və onunla bağlı öhdəlik daşımağa razılaşdığınızı bildirəcək. Hazırkı Məxfilik Siyasətinə hər hansı əhəmiyyətli dəyişikliklər etdiyimiz təqdirdə, bu barədə sizə elektron poçt ünvanına (təqdim etdiyiniz elektron poçt ünvanı) bildiriş göndərməklə və ya vebsaytımızda aydın şəkildə bildiriş yerləşdirməklə məlumat verəcəyik.