Azərbaycanda, Bakı ş. Z. Xəlilov küç. 80 ünvanı üzrə qeydiyyata alınmış fərdi sahibkar Almasov Eldəniz Ağabala oğlu tərəfindən idarə olunan "fsclub.az" saytına xoş gəlmisiniz.
Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) 1200375652. Hazırkı İstifadənin ümumi müddəaları və şərtləri istifadəçilərin (bundan sonra – "İstifadəçi/lər", "Siz") "fsclub.az" saytına daxil olmasını və saytdan istifadəsini reqlamentləşdirir. "Fsclub.az" saytına daxil olma, saytdan istifadə, eləcə də "fsclub.az" saytında təklif olunan məhsulların əldə olunması hazırkı İstifadənin ümumi müddəalarının və şərtlərinin tərəfinizdən oxunduğu, onların sizə aydın olduğu və qəbul olunduğu ehtimalına əsaslanır.
Hər hansı köməyə ehtiyacınız olduqda, "Müştəri xidməti" bölməsinə daxil olun. Həmin bölmədə məhsulların əldə olunması, çatdırılması, ödənişlərin geri qaytarılması və "fsclub.az" saytından əldə edilmiş məhsulların geri qaytarılması haqqında məlumatlar, həmçinin "fsclub.az" saytında qeydiyyatdan keçmək üçün forma, müxtəlif məsləhət və tövsiyələr və "fsclub.az" saytında göstərilən xidmətlər barədə digər ümumi məlumatlar yerləşdirimişdir. Unutmayın ki, Müştəri xidməti üzərindən hər zaman "fsclub.az" saytı ilə əlaqə saxlaya bilərsiniz. Hər hansı digər hüquqi xarakterli məlumat əldə etmək üçün "fsclub.az" internet səhifəsinin aşağıdakı bölmələrinə daxil olun: İstifadənin ümumi müddəaları və şərtləri, Məxfilik siyasəti və Geri qaytarma siyasəti. Hazırkı İstifadənin ümumi müddəaları və şərtlərinə fərdi sahibkar Almasov E.A. tərəfindən edilən istənilən düzəlişlər və ya onların yenilənməsi hazırkı bölmədə dərc edildikdən sonra qüvvəyə minir. Bununla əlaqədar olaraq, hazırkı İstifadənin ümumi müddəaları və şərtlərinin son versiyası ilə tanış olmaq üçün bu bölməni vaxtaşırı nəzərdən keçirməyinizi xahiş edirik. Hazırkı İstifadənin ümumi müddəaları və şərtləri ilə tam və ya qismən razılaşmadığınız halda, "fsclub.az" saytından istifadə etməməyinizi xahiş edirik.
İstifadəçilərimiz tərəfindən "Fsclub.az" saytına daxil olma və saytdan istifadə, o cümlədən internet səhifələrin nəzərdə keçirilməsi, mövcud xidmət və mallar haqqında məlumatın yüklənməsi və alış-verişin həyata keçirilməsi müstəsna olaraq heç bir şəkildə ticarətlə, bizneslə və ya hər hansı peşə fəaliyyəti ilə əlaqədar olmayan şəxsi məqsədlər üçün həyata keçirilir. Unutmayın ki, siz "fsclub.az" saytının və onun ehtiva etdiyi məlumatların istifadəsinə görə məsuliyyət daşıyırsınız. Saytin sahibi qüvvədə olan qanunvericiliyə və normativ aktlara uyğun hərəkət etməyən istifadəçilər tərəfindən "fsclub.az" saytının və onun ehtiva etdiyi məlumatların istifadə olunmasına görə heç bir məsuliyyət daşımır, bu isə fərdi sahibkarın qərəzli hüquq pozuntularına və kobud ehtiyatsızlığa görə məsuliyyəti ilə heç bir ziddiyyət təşkil etmir. Xüsusən də, siz qeyri-düzgün və ya yanlış məlumatların ötürülməsinə görə, üçüncü şəxslərin razılığını almadan onlara aid olan məlumatların ötürülməsinə görə, həmçinin bu cür məlumatların lazım olmayan formada istənilən istifadəsinə görə məsuliyyət daşıyırsınız.
Bundan əlavə, bütün materiallar istifadəçi tərəfindən öz riski hesabına seçdiyi metodlarla yükləndiyindən və ya digər qaydada əldə olunduğundan, kompüter sistemlərinə vurulan istənilən zərərə, və ya yükləmə nəticəsində məlumatların itirilməsinə görə məsuliyyət müstəsna olaraq istifadəçinin üzərinə düşür, fərdi sahibkar Almasov E.A. buna görə heç bir məsuliyyət daşımır. Fərdi sahibkarın xidmətlərinin əlçatan olmaması nəticəsində vurulmuş hər hansı zərərə görə, eləcə də viruslar, zədələnmiş fayllar, xətalar, quraşdırmada buraxılan boşluqlar və natamamlıqlar, rabitənin kəsilməsi, məzmunun silinməsi, şəbəkə, kompüterin və ya telefonun İnternet şəbəkəsinə qoşulma provayderləri, məlumatların ötürülməsi ilə bağlı problemlər, icazəsiz daxil olma, məlumatların dəyişdirilməsi, istifadəçinin aparat təminatının və ya hər hansı digər elektron avadanlığın xarab olması və / və ya nasazlığı nəticəsində vurulmuş ziyana görə məsuliyyət daşımır.
İstifadəçi şəxsi məlumatlarının, o cümlədən məhdud əlçatanlığa malik veb-saytlara daxil olmaq üçün istifadəçi adının və parolunun məxfiliyinin qorunub saxlanmasına və lazımi qaydada istifadə olunmasına görə, həmçinin bu cür məlumatın lazımi qaydada istifadə edilməməsi, itirilməsi, məhv edilməsi, silinməsi və ya açıqlanması nəticəsində fərdi sahibkara və ya üçüncü şəxslərə vurula biləcək hər hansı ziyana, zərər və ya itkilərə görə məsuliyyət daşıyır.
1. Məxfilik siyasəti
Alış-veriş etmədən də "fsclub.az" saytına daxil olan və saytın müvafiq xidmətlərindən istifadə edən istifadəçilərə belə şamil olunan "Məxfilik siyasətimiz"lə tanış olmağı tövsiyə edirik. Məxfilik siyasəti sizin şəxsi məlumatlarınızı hansı qaydada və hansı məqsədlə topladığımızı və emal etdiyimizi anlamaqda sizə yardım edəcək.
2. Əqli mülkiyyət hüquqları
"Fsclub.az" saytının məzmunu, o cümlədən, xüsusilə "fsclub.az" saytında yerləşdirilən əsərlər, təsvirlər, fotoşəkillər, dialoqlar, musiqi, səs kontenti, videomateriallar, sənədlər, rəsmlər, qrafik elementlər, loqotiplər və istənilən digər materiallar, eyni zamanda menyunun, veb-səhifələrin tərtibatı, qrafik elementlər, rənglər, sxemlər, alətlər, şriftlər, veb-saytın dizaynı, diaqramlar, səhifələrin maketləri, emal üsulları, proseslər, "fsclub.az" saytının bir hissəsini təşkil edən funksiya və proqram təminatı, müəllif hüquqları ilə və fərdi sahibkar Almasov E.A. və müvafiq hüquq sahiblərinə məxsus olan digər əqli mülkiyyət hüquqları ilə müdafiə olunur. Fərdi sahibkarın qabaqcadan yazılı icazəsi alınmadan "fsclub.az" saytının və burada paylaşılanların hər hansı formada tam və ya qismən təkrarlanmasına yol verilmir. Fərdi sahibkar Almasov E.A. "fsclub.az" saytının və burada paylaşılanların birbaşa və ya dolayısı ilə, müvəqqəti və ya müddətsiz, istənilən üsulla və istənilən formada, tam və ya qismən təkrarlanmasına icazə vermək və ya bunu qadağan etmək üçün müstəsna hüquqa malikdir.
"Fsclub.az" saytından istifadəyə gəldikdə, sizə yalnız onun içərisindəkiləri istifadə etmək üçün icazə verilir. Bu halda siz həmçinin müvəqqəti təkrar etmə üzrə qısamüddətli və ya təsadüfi olan və "fsclub.az" saytının və burada paylaşılanların əks olunmasının ayrılmaz və zəruri hissəsini təşkil edən, və iqtisadi əhəmiyyət kəsb etməyən bütün digər hərəkətləri yerinə yetirmək hüququna maliksiniz. Siz "fsclub.az" saytını və burada paylaşılanları heç bir vasitə ilə və heç bir formada, nə tam, nə də qismən təkrarlamaq hüququna malik deyilsiniz. Hər dəfə hər təkrar etmədən əvvəl f'rdi sahibkardan, və ya, zərurət yarandıqda, "fsclub.az" saytında yerləşdirilən əsərlərin müəlliflərindən qabaqcadan müvafiq icazə alınmalıdır. Bu cür təkrarlama qanuni məqsədlə "fsclub.az" saytında yerləşdirilən əsərlərin müəlliflərinə məxsus olan müəllif hüquqlarının və digər əqli mülkiyyət hüquqlarının müdafiə normalarına uyğun olaraq həyata keçirilməlidir.
"Fsclub.az" saytında yerləşdirilən əsərlərin müəllifləri istənilən vaxt həmin əsərlərə olan hüquqlarını bəyan etmək və əsərlərinin istənilən formada təhrif olunmasına və ya digər şəkildə dəyişdirilməsinə, o cümlədən həmin əsərlərin onların şərəf və ləyaqətinə ziyan vura biləcək istənilən formada korlanmasına qarşı etiraz bildirmək hüququna malikdir. Siz əsərləri "fsclub.az" saytında yerləşdirilmiş müəlliflərin və "fsclub.az" saytında müstəsna və ya qeyri-müstəsna şəkildə paylaşma üçün nəzərdə tutulmuş və həmin saytın ayrılmaz hissəsi olan yeni ifadə formalarının və ya yeni bədii əsərlərin yaradılmasında "fsclub.az" saytı ilə əməkdaşlıq etmiş müəlliflərin, müəllif hüquqlarının qorunmasını təmin etməyi öhdənizə götürürsünüz. Heç bir halda və heç bir üsulla və heç bir formada "fsclub.az" saytının ehtiva etdiyi məlumatları və ya müəllif hüququ ilə və ya digər əqli mülkiyyət hüquqları ilə müdafiə olunan hər hansı ayrıca əsəri istifadə etmək hüququna malik deyilsiniz. Xüsusilə, f'rdi sahibkardan, və ya, zərurət yarandıqda, "fsclub.az" saytında yerləşdirilən hər bir əsərin müəlliflərindən qabaqcadan müvafiq icazə almadan veb-kontenti və ya müəllif hüququ ilə müdafiə olunan hər hansı əsəri dəyişdirmək və ya modernləşdirmək hüququna malik deyilsiniz.
3. Ticarət nişanları və domen adları
Fərdi sahibkar və "fsclub.az" loqotiplərinin və qeydiyyata alınmış ticarət nişanlarının, həmçinin "FSCLUB" sözünü və "fsclub.az" domen adını ehtiva edən istənilən digər nişanların müstəsna mülkiyyətçisidir.
"Fsclub.az" saytında satılan və həmin saytda yerləşdirilmiş məhsulların identifikasiyası üçün istifadə olunan bütün digər nişanlar müvafiq sahibləri tərəfindən qeydiyyata alınmış ticarət nişanları olmaqla, müstəsna olaraq "fsclub.az" saytında təklif olunan məhsulların identifikasiyası, təsviri və reklam olunması məqsədi ilə istifadə olunur. Fərdi sahibkar və qeydiyyata alınmış ticarət nişanlarının bütün digər sahibləri mülkiyyətçisi olduğu ticarət nişanlarından istifadə etmək üçün müstəsna hüquqa malikdir.
Siz fərdi sahibkarın və ya saytda yerləşdirilən qeydiyyata alınmış digər ticarət nişanlarının sahiblərinin razılığını almadan həmin ticarət nişanlarını hər hansı malların və ya xidmətlərin identifikasiyası üçün istifadə etmək hüququna malik deyilsiniz.
Hazırkı saytda yerləşdirilən və "fsclub.az" saytında təqdim olunan məhsullara aid olan ticarət nişanlarının əksəriyyəti ictimaiyyətə və "fsclub.az" saytının istifadəçilərinə yaxşı məlum və tanışdır.
Bu cür ticarət nişanlarının qeyri-qanuni və ya icazəsiz istifadəsi qadağandır və ciddi hüquqi nəticələrə gətirib çıxara bilər. "Fsclub.az" saytında yerləşdirilən bu cür ticarət nişanları və istənilən digər məşhur nişanlar heç bir şəkildə onların məşhurluğu və nüfuzu sayəsində, qazanılmamış üstünlük əldə etmək üçün və ya həmin nişanlara və onların sahiblərinə ziyan vurmaq məqsədi ilə istifadə oluna bilməz.
4. Digər internet səhifələrinə keçidlər
"Fsclub.az" saytı onunla heç bir şəkildə əlaqəli olmayan digər saytlara hiperkeçidlər ("keçidlər") ehtiva edir. Fərdi sahibkar həmin veb-saytların nə əməliyyatlarını, nə də onların kontentini izləmir və onlara nəzarət etmir. Fərdi sahibkar həmin veb-saytlarda yerləşdirilənlərə görə və həmin veb-saytlara daxil olarkən, sizin şəxsi məlumatlarınızın məxfiliyi və emalı barəsində onlar tərəfindən qəbul edilmiş qaydalara görə məsuliyyət daşımır. Bu səbəbdən sizdən "fsclub.az" saytında yerləşdirilən keçidlər üzrə digər veb-saytlara daxil olarkən ehtiyatlı olmağı və onların istifadə şərtləri və məxfilik siyasəti ilə diqqətlə tanış olmağı xahiş edirik. Xatırladırıq ki, hazırkı İstifadənin ümumi müddəaları və şərtləri və məxfilik siyasəti üçüncü tərəflərin veb-saytlarına şamil olunmur. "Fsclub.az" digər veb-saytlara olan keçidləri bilavasitə öz istifadəçilərinə axtarış və naviqasiya məsələlərində kömək etmək və İnternet şəbəkəsinin digər saytlarına keçidi asanlaşdırmaq məqsədi ilə yerləşdirir. Başqa veb-saytlara keçidlərin yerləşdirilməsi fərdi sahibkarın öz istifadəçilərinə həmin saytlara daxil olmağı və onlardan istifadə etməyi tövsiyə etdiyi anlamına gəlmir və həmin veb-saytlarda yerləşdirilənlərin, İnternet şəbəkəsinin istifadəçilərinə təqdim olunan və satılan xidmətlərin və malların zəmanətçisi rolunu oynamır.
5. "Fsclub.az" saytında keçidlər
"Fsclub.az" saytının ana səhifəsində və ya veb-saytın digər ümumi əlçatan səhifələrində keçid yerləşdirmək istədikdə info@fsclub.az elektron poçt ünvanına sorğu göndərməklə Fərdi sahibkarla əlaqə saxlaya bilərsiniz. "Fsclub.az" saytında keçid yerləşdirmək üçün bizdən razılıq almağınız vacibdir. Fərdi sahibkar keçidlərin ödənişsiz və qeyri-müstəsna əsaslarla yerləşdirilməsinə icazə verir. "Fsclub.az" saytında keçid yerləşdirmək niyyətində olan müraciətçi əvvəllər biznesin aparılmasında qeyri-sağlam metodlara və ya sahələr üzrə standartlara uyğun olmayan metodlara əl atmış olduğu, və ya fərdi sahibkara və onun təchizatçılarına qarşı qeyri-sağlam rəqabətdə iştirak etdiyi halda, həmçinin fərdi sahibkar müraciətçi tərəfindən gələcəkdə də bu cür metodlardan istifadə ediləcəyindən ehtiyat etdiyi halda, habelə müraciətçi əvvəllər fərdi sahibakarı və "fsclub.az" saytını nüfuzdan salmaq məqsədilə tədbirlər gördüyü halda, yaxud fərdi sahibkar müraciətçi tərəfindən gələcəkdə də bu cür tədbirlərin görüləcəyindən ehtiyat etdiyi halda fərdi sahibkar öz veb-saytında müəyyən keçidlərin istifadə olunmasını qadağan etmək hüququna malikdir. İstənilən halda fərdi sahibkardan yazılı razılıq almadan "fsclub.az" saytında dərin keçidlər (məsələn, dərin freymlər) yerləşdirmək və ya icazə verilməyən meta-teqlərdən istifadə etmək qadağandır.
6. Məzmuna görə məsuliyyətin məhdudlaşdırılması
Fərdi sahibkar öz internet səhifələrində fiziki və ya psixoloji zorakılıq hallarının təsvir və ya təqdim olunduğu məzmunların və ya "fsclub.az" istifadəçilərinin qavrayışına əsasən istənilən forma və üsullarla ifadə olunmaqla mülki prinsipləri və ya insanın hüquq və ləyaqətini pozan məlumat kimi nəzərdən keçirilə bilən məlumatların yerləşdirilməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görmüşdür. İstənilən halda fərdi sahibkar saytlarda yerləşdirilənlərin Azərbaycanın hüdudlarından kənarda, digər ölkələrdə yol verilən və ya qanuni hesab olunacağına dair zəmanət vermir. Saytda yerləşdirilən məlumat sizin ölkənizdə hüquqa zidd və ya qeyri-qanuni hesab olunursa, o zaman bizim internet səhifələrimizə daxil olmayın. Buna baxmayaraq saytlara daxil olduğunuz halda bildiririk ki, fərdi sahibkar tərəfindən təklif olunan xidmətlərdən istifadə etməyiniz birbaşa sizin məsuliyyətinizə aiddir. Həmçinin, fərdi sahibkar "fsclub.az" saytında yerləşdirilən məlumatın dəqiq və etibarlı olması və ya yerləşdirildiyi an üçün artıq köhnəlmiş olan məlumatları ehtiva etməməsi üçün tədbirlər görmüşdür. Lakin qərəzli hüquq pozuntularına və kobud ehtiyatsızlığa görə və qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş digər hallara görə məsuliyyət istisna olmaqla, fərdi sahibkar "fsclub.az" saytında yerləşdirilən informasiyanın dəqiqliyinə və tamlığına görə məsuliyyət daşımır.
Bundan başqa, fərdi sahibkar saytının İnternet şəbəkəsinə qoşulmaqla əlaqədar olaraq fasiləsiz, xətasız və ya gecikməsiz işləməsinə zəmanət verə bilməz. Bizim internet səhifələrimizin istifadəsi ilə bağlı hər hansı problem yarandığı halda Müştəri xidmətimizlə əlaqə saxlayın. Fərdi sahibkarın nümayəndəsi saytlarımıza girişi bərpa etməklə bağlı sizə mümkün olan hər cür köməklik göstərəcək. Qoşulduğunuz İnternet-provayderə müraciət edin və ya İnternet şəbəkəsinə qoşulmaq və veb-məzmuna daxil olmaq üçün bütün qurğuların, o cümlədən sizin internet brauzerinizin düzgün işlədiyindən əmin olun. Fərdi sahibkar tərəfindən internet səhifələrinə daxil olmanın fasiləsiz təminatı üçün bütün mümkün səylərin göstərilməsinə baxmayaraq, İnternet şəbəkəsinin və veb-məzmunun dinamik xarakterinə görə "fsclub.az" saytının işində saytın yenilənməsi üçün tələb olunan fasilələr və ya dayanmalar baş verə bilər. Fərdi sahibkarın məlumat bazasına icazəsiz daxil olma və istifadənin qarşısını almaq, sayt istifadəçiləri haqqında məxfi və ya qeyri-məxfi məlumatların yayılması, məhv edilməsi və ya itirilməsi riskinin və ya bu məlumatlara hüquqazidd və ya icazəsiz şəkildə girişin qarşısını almaq məqsədi ilə öz internet səhifələrinin mühafizəsi, şəbəkə trafikinin və elektron məlumatların qorunub saxlanılması üçün texniki və təşkilati təhlükəsizlik tədbirlərini görmüşdür.
7. Bizim biznes siyasətimiz
Fərdi sahibkarın xidmətləri və internet səhifələri üzərindən məhsulların yalnız son "istehlakçılara" satışının həyata keçirilməsi əsasında biznesin aparılması siyasətini qəbul edir. Ticarətə, biznesə və ya peşə fəaliyyətinə aid olmayan şəxsi məqsədlər üçün "fsclub.az" saytına daxil olan istənilən fiziki şəxs "İstehlakçı" hesab olunur.
İstehlakçı olmadığınız təqdirdə "fsclub.az" saytından məhsul almaqla bağlı xidmətlərimizdən yararlanmamağı sizdən xahiş edirik.
Fərdi sahibkar İstehlakçı olmayan istifadəçilərin sifarişlərini və ya Ümumi müddəalar və satış şərtlərinə və hazırkı İstifadənin ümumi müddəaları və şərtlərinə uyğun olmayan digər alış sifarişlərini qəbul etməmək hüququnu özündə saxlayır.
8. Mübahisəli məsələlərin həllini tənzimləyən qanunvericilik
Hazırkı İstifadənin ümumi müddəalarını və şərtlərini tənzimləyən qanunvericilik istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının tətbiq olunan qanunvericiliyi hesab olunur.
Fərdi sahibkar ilə İstehlakçı arasında hazırkı İstifadənin ümumi müddəaları və şərtləri ilə əlaqədar mübahisəli məsələnin sülh yolu ilə həllinə nail olmaq mümkün olmadığı halda tətbiq olunan qanunvericiliyə uyğun olaraq məhkəmə qismində İstehlakçının yaşadığı və ya qeydiyyatda olduğu yer üzrə yerləşən məhkəmə, və ya sizin birbaşa ifadə olunmuş sorğunuza əsasən Azərbaycan, Bakı şəhərində yerləşən məhkəmə çıxış edəcək.
Ümumi müddəalar və satış şərtləri
Aşağıdakı Ümumi müddəalar və satış şərtləri "fsclub.az" internet səhifəsində məhsulların satışını reqlamentləşdirir. "fsclub.az" internet səhifəsində təklif olunan məhsulların satışı Azərbaycanda Bakı ş. Yasamal r. Z. Xəlilov küç. 80 ünvanında qeydiyyata alınmış Fərdi Sahibkar Almasov E.A. (VÖEN 1200375652) tərəfindən bilavasitə həyata keçirilir. Əlavə məlumat və ya yardım əldə etməklə bağlı sorğularınızı bizim Müştəri xidmətinə göndərin; həmin bölmədə siz sifarişlərin rəsmiləşdirilməsi və çatdırılması, "fsclub.az" səhifəsindən əldə edilmiş məhsulların dəyərinin geri qaytarılması, geri qaytarma şərtləri haqqında ətraflı məlumat əldə edəcəksiniz. Unutmayın ki, Müştəri xidməti üzərindən hər zaman bizimlə əlaqə saxlaya bilərsiniz. Hər hansı digər hüquqi xarakterli məlumat əldə etmək üçün aşağıdakı bölmələrə daxil olun: Ümumi müddəalar və istifadə şərtləri, Məxfilik siyasəti və Geri qaytarma siyasəti.
1. Bizim biznes siyasətimiz
1.1. Satıcı "fsclub.az" internet səhifəsində xidmət və məhsulların satışını təqdim edir; Satıcı tərəfindən təklif olunan elektron kommersiya xidmətləri müstəsna olaraq yetkinlik yaşına çatmış son istifadəçilər, yəni "İstehlakçılar" üçün nəzərdə tutulub.
1.2. Ticarətə, biznesə və ya peşə fəaliyyətinə aid olmayan şəxsi məqsədlər üçün hərəkət edən istənilən fiziki şəxs "İstehlakçı" hesab olunur. İstehlakçı olmadığınız təqdirdə "fsclub.az" səhifəsindən məhsulların almamağı sizdən xahiş edirik.
1.3. Satıcı İstehlakçı olmayan istifadəçilərdən aldığı alış sifarişlərini ("Sifarişlər"), eləcə də Satıcının biznes aparma siyasətinə uyğun olmayan istənilən digər sifarişləri, xüsusən də dələduzluq və ya digər qanunsuz fəaliyyətlə məşğul olan yaxud məşğul olmaqda şübhəli bilinən şəxslərin sifarişlərini qəbul etməmək hüququnu özündə saxlayır. Belə hallarda Satıcı istifadəçinin Sifarişinin ləğv olunduğu barədə sonuncuya məlumat verir.
Bundan başqa, Satıcıya göndərilən alış sifarişləri və istifadəçilər tərəfindən məhsulların geri qaytarılması istehlakçıların normal tələbatına uyğun olmalıdır. Satıcı alış sifarişlərinin miqdarına və alınan məhsulların geri qaytarılma sayına nəzarəti həyata keçirir.
1.4. Hazırkı Ümumi müddəalar və satış şərtləri İstehlakçılar tərəfindən Sifarişlərin göndərilməsini, habelə "fsclub.az" saytında təklif olunan məhsullara aid sifarişlərin Satıcı tərəfindən qəbul olunub, yerinə yetirilməsini reqlamentləşdirir.
1.5. Ümumi müddəalar və satış şərtləri "fsclub.az" saytında yerləşdirilən keçidlərdə, bannerlərdə və ya digər hipermətn keçidlərində adı çəkilən üçüncü tərəflərin xidmətlərini vəməhsulsatışını reqlamentləşdirmir. Üçüncü tərəflərə sifariş verməzdən və ya məhsul almazdan əvvəl onların satış şərtləri ilə tanış olmağınızı tövsiyə edirik. Satıcı heç bir halda üçüncü tərəflərin göstərdiyi xidmətə və ya İstifadəçilərlə üçüncü tərəflər arasında bağlanan elektron kommersiya əqdlərinin yerinə yetirilməsinə görə məsuliyyət daşımır.
1.6. Sifarişi göndərməklə siz Satıcının sizinlə bağlanan alqı-satqı müqaviləsini ("Müqavilə") yerinə yetirmək məqsədi ilə bir və ya bir neçə üçüncü şəxsə (məsələn, kuryer və ya poçt xidmətinə) müraciət etmək hüququna malik olduğunu qəbul edirsiniz.
2. Satıcı ilə Müqavilənin bağlanması və yerinə yetirilməsi
2.1. Siz "fsclub.az" saytında təklif olunan bir və ya bir neçə məhsulu/xidməti almaq məqsədi ilə Müqavilə bağlamaq üçün elektron sifariş formasını doldurmalı və müvafiq təlimatlar əsasında onu elektron qaydada Satıcıya göndərməlisiniz.
2.2. Sifarişi göndərməzdən əvvəl Ümumi müddəalar və satış şərtləri ilə, həmçinin Geri qaytarma siyasəti ilə diqqətlə tanış olmağı sizdən xahiş edirik. Aşağıda, 11-ci bölmədə qeyd olunmuş tətbiq olunan qanunvericiliyə uyğun olaraq, sifarişi göndərməzdən əvvəl biz sizə aşağıdakılar barədə məlumatı təqdim edəcəyik: (i) satışla bağlı bizim kommersiya və müqavilə şərtlərimiz; (ii) sifariş edilmiş hər bir məhsulun əsas xarakteristikalarının qısa xülasəsi; (iii) sifariş edilmiş hər bir məhsulun bir ədədinin qiyməti; (iv) sifariş edilmişməhsullara görə qəbul olunmuş ödəniş formaları; (v) sifariş edilmiş məhsulların çatdırılma üsulları; (vi) göndərmənin/çatdırmanın dəyəri; (vii) Satıcının ünvanı, əlaqə məlumatları və onunla bağlı digər zəruri informasiya; Satıcı həmçinin əldə edilmiş məhsulların geri qaytarılması şərtləri haqqında sizə qısa məlumat təqdim edəcəkdir.
2.3. Sifarişin alındığının təsdiq edildiyi səhifədə biz sizə aşağıdakı məlumatları təqdim edəcəyik: (i) Sifarişdə qeyd olunmuş hər bir məhsulun əsas xarakteristikalarının qısa xülasəsi; (ii) sifariş edilmiş hər bir məhsulun bir ədədinin qiyməti; (iii) göndərmənin / çatdırmanın dəyəri (o cümlədən, sizin tərəfinizdən daha sürətli çatdırılma və ya standart variantdan fərqli digər variant seçildiyi halda istənilən əlavə yığımlar).
2.4. Sizin sifarişiniz məhsulların əldə edilməsi üçün geri çağırılmayan təklifdir. Sifarişin formasını göndərməzdən əvvəl daxil edilmiş məlumatların düzgünlüyünü yoxlamaq və mümkün səhvləri düzəltmək xahiş olunan ismarıc əks olunacaq.
2.5. Sifarişiniz Satıcı tərəfindən qəbul olunandan sonra Müqavilə bağlanmış hesab olunur. Siz sifarişin qəbul olunmasının və məhsulun göndərilməsinin təsdiqi haqqında Satıcıdan elektron məktub alacaqsınız.
2.6. Satıcıya göndərilmiş Sifariş onun emalı üçün tələb olunan, həmçinin qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş müddət ərzində Satıcının məlumat bazasında saxlanılacaq. Siz qabaqcadan saytda qeydiyyatdan keçməklə "Mənim sifarişim" bölməsində Sifarişinizi görə bilərsiniz.
2.7. Sizinlə Satıcı arasında Müqavilənin bağlanması üçün Azərbaycan dili istifadə olunur.
2.8. Satıcı ödəniş qabiliyyətinin olmasına kifayət qədər zəmanətin verilmədiyi Sifarişləri, tam və ya düzgün olmayan Sifarişləri, həmçinin satışdan çıxarılmış məhsullar üçün verilmiş Sifarişləri qəbul etməmək hüququna malikdir.
Bu halda siz müvafiq səbəblər göstərilməklə, Müqavilənin bağlanmış hesab olunmadığı və Sifarişinizin Satıcı tərəfindən qəbul olunmadığı haqqında məlumatın qeyd olunduğu elektron məktub alacaqsınız. "fsclub.az" saytında yerləşdirilən məhsullar Sifarişinizin alındığı və ya yerinə yetirildiyi anda artıq satışda olmadığı halda Satıcı əldə etmək istədiyiniz məhsulun mövcud olmadığı barədə ən qısa müddətdə, istənilən halda Sifarişinizi aldığı gündən ən gec otuz (30) gün ərzində sizə məlumat verməklə, məhsulları Sifarişdən çıxarmaq / Sifarişi ləğv etmək hüququna malikdir. Məhsullara görə artıq ödəniş etdiyiniz təqdirdə Satıcı ödənilmiş məbləği tam həcmdə və əsassız gecikmə olmadan sizə geri qaytaracaq və Müqaviləyə xitam veriləcək. Satıcı 1.3 bölməsində göstərilən hallarda Sifarişləri qəbul etməmək hüququnu özündə saxlayır.
2.9. Sifarişi göndərməklə siz Satıcı ilə bağlanan Müqaviləni yerinə yetirərkən hazırkı Ümumi müddəalara və satış şərtlərinə riayət etməyi qeyd-şərtsiz qəbul edir və öhdənizə götürürsünüz. Hazırkı Ümumi müddəaların və satış şərtlərinin hər hansı müddəası ilə razı olmadığınız halda "fsclub.az" saytından məhsulalmaq üçün Sifariş göndərməməyi sizdən xahiş edirik.
2.11. Sifarişi göndərməklə siz hazırkı Ümumi müddəalarla və satış şərtləri ilə, həmçinin "fsclub.az" saytında yerləşdirilən digər şərtlərlə, o cümlədən, keçidlər, bannerlər və ya digər hipermətn birləşmələri üzərindən əlçatan olan şərtlər ilə razılaşır və onları qəbul edir, bundan əlavə, siz Ümumi müddəalar və istifadə şərtlərini, Məxfilik siyasətini və Geri qaytarma siyasətini qəbul edirsiniz.
3. Zəmanət və məhsulun qiymətinin göstərilməsi
3.1. Biz "fsclub.az" internet səhifəsində yalnız yüksək keyfiyyətli məhsulların satışını həyata keçiririk. Satıcı həmin məhsulları tətbiq olunan keyfiyyətə nəzarət prosedurlarının ciddiliyi əsasında diqqətlə seçilmiş birbaşa istehsalçılardan və distribütorlardan əldə edir.
4. Ödəmə
4.1. Alınan məhsulların (xidmətlərin) və onların çatdırılmasının dəyərinin ödənilməsi Sifariş formasında göstərilən ödəmə üsulu ilə həyata keçirilməlidir. Heç bir halda ödəməni almaq üçün Satıcı tərəfindən müəyyən hallarda xərclənən əlavə ödəniş sizdən tutulmayacaq.
4.2. Ödəmə kredit / debet kartı ilə yerinə yetirildikdə siz müvafiq bankın ödəniş üçün nəzərdə tutulmuş səhifəsinə keçid alacaqsız.
5. Çatdırılma
5.1. Məhsulların çatdırılması proseduru haqqında ətraflı məlumat "Müştəri xidməti" bölməsində verilmişdir. Həmin bölmə ilə diqqətlə tanış olmağı sizdən xahiş edirik. Bu bölmədə verilmiş məlumat hazırkı Ümumi müddəalar və satış şərtlərinin ayrılmaz hissəsidir və, deməli, tərəfinizdən Sifariş göndərildiyi halda həmin məlumatla tam şəkildə tanış olmuş və onu qəbul etmiş hesab olunursunuz.
6. Müştəri xidməti
Hər hansı suallar yarandıqda bizim Müştəri xidmətinə müraciət etməyinizi xahiş edirik. Daha ətraflı məlumatı "Müştəri xidməti" bölməsindən əldə edə bilərsiniz.
7. Geri qaytarma siyasəti
7.1. Tətbiq olunan qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadığı halda, "fsclub.az" saytından əldə etdiyiniz məhsulları aldığınız gündən on dörd (14) gün ərzində hər hansı cərimə sanksiyası tətbiq olunmadan Müqaviləyə xitam vermək və alınan məhsul(lar)ı geri qaytarmaq hüququna maliksiniz. Müqaviləyə xitam verildiyi halda Satıcı tərəfindən sizə müvafiq hüququn verildiyi hallar istisna olmaqla, aldığınız birinci məhsulun digər məhsul ilə əvəz olunmasını istəyə bilərsiniz.
7.2. Müqaviləyə xitam vermə qaydası: elektron geri qaytarma formasını lazımi qaydada doldurub, Satıcıya göndərmək.
7.3. Geri qaytarılan məhsullar kuryer poçtuna ötürülməli və ya Bakı şəhəri, Z.Xəlilov küç, ev 80 ünvanına catdırılmalıdır aşağıdakı qaydalara uyğun olaraq, tətbiq olunan qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadığı halda, "fsclub.az" saytından əldə edilmiş məhsullar alındığı gündən on dörd (14) gün ərzində geri qaytarılmalıdır.
7.4. Müqaviləyə xitam verildiyi halda sizin üzərinizə düşən yeganə xərc məhsulu Satıcıya geri qaytarmaq üçün tələb olunan xərclər olacaq.
7.5. Siz aldığınız məhsulu öz seçiminizə əsasən kuryer poçtu vasitəsi ilə Satıcıya geri qaytara bilərsiniz, bu zaman geri qaytarılan məhsulun çatdırılma haqqı alıcı tərəfindən ödəniləcək. Satıcı istənilən vaxt göndərməni izləməyə imkan verən çatdırma xidmətini seçməyi tövsiyə edir.
7.6. Yuxarıda, 7.1, 7.2, 7.3 və 7.4 bölmələrində göstərilmiş şərtlərə və prosedurlara riayət etməkdən əlavə aşağıda verilmiş şərtlərə riayət edildikdə Müqaviləyə xitam vermək hüququndan düzgün istifadə edilmiş hesab olunur: (a) tətbiq olunan qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadığı halda, "fsclub.az" saytından əldə edilmiş məhsullar alındığı gündən on dörd (14) gün ərzində Müqaviləyə xitam vermək hüququndan düzgün istifadə edildikdə; (b) məhsullar istifadə olunmamış, geyilməmiş və ya yuyulmamış vəziyyətdə olduqda; (c) məhsulların yarlığı üzərində saxlanıldıqda; (d) məhsulların öz orijinal qablaşdırmasında geri qaytarıldıqda; (e) "fsclub.az" saytından əldə edilmiş məhsullar alındığı gündən on dörd (14) gün ərzində kuryer poçtuna ötürüldükdə; (f) məhsullar zədələi olmadıqda. Qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş hallarda, məsələn, fərdi məhsullar və ya sifarişlə hazırlanmış məhsullar aldıqda, və ya möhürlənmiş qablaşdırmada olan məhsulları əldə etdikdən sonra həmin qablaşdırmanın möhürü açıldıqda, və / və ya gigiyena qaydalarına uyğun olaraq geri qaytarılması mümkün olmayan məhsulları (məsələn, möhürlənmiş qablaşdırması açılmış olan, "Kosmetika" kateqoriyasına aid məhsulları) aldıqda siz Müqaviləyə xitam vermək hüququna malik deyilsiniz.
7.7. Satıcı geri qaytarılmış məhsulların 7.6 bölməsində göstərilən şərtlərə cavab verdiyindən əmin olmalıdır. Müqaviləyə xitam vermək hüququndan yuxarıda qeyd olunan şərtlərə uyğun olaraq istifadə etdiyiniz halda Satıcı geri qaytarılan məhsulların qəbul edilməsini təsdiq edən elektron məktubu sizə göndərəcək və məhsulu alarkən ödədiyiniz məbləği aşağıdakı 7.8 bölməsində göstərilən şərtlər əsasında sizə geri qaytaracaq.
7.8. Satıcı ödənilmiş məbləği ən qısa müddətdə* Müqaviləyə xitam vermək haqqında qərarınızın əks olunduğu bildirişi sizdən aldığı tarixdən 10 (on) iş günü * ərzində sizə geri qaytaracaq. Ödənişin geri qaytarılması proseduru yuxarıda qeyd olunmuş şərtlərə riayət edilib-edilmədiyi yoxlanıldıqdan sonra həyata keçiriləcək.
* Kredit / debet kartı: məbləğin geri qaytarılma müddəti kartın emitent bankından asılı olaraq dəyişə bilər.
7.9. Geri qaytarmaq istədiyiniz məhsul 7.6 bölməsinin a), b), c), d), e) və f) bəndlərinin şərtlərinə cavab vermədiyi halda məhsulu alarkən ödədiyiniz məbləği geri almaq hüququndan məhrum edilirsiniz. Geri qaytarmaq istədiyiniz məhsul qəbul edilmədiyi halda Satıcı elektron məktubla bu barədə sizə məlumat verəcək. Həmin elektron məktubu aldığınız andan on dörd (14) gün ərzində siz məhsulların Satıcıya geri qaytarılarkən olduğu vəziyyətdə sizin hesabınıza sizə geri qaytarılması barədə sorğu göndərə bilərsiniz; siz bu barədə sizə bildiriləcək şərtlərə uyğun olaraq Satıcıya məlumat verməlisiniz. Əks halda, yəni siz məhsulların Satıcıya geri qaytarılarkən olduğu vəziyyətdə sizə geri qaytarılması barədə sorğu göndərmədiyiniz və çatdırma xərclərini qabaqcadan ödəmədiyiniz təqdirdə, və ya qeyd olunan məhsulları götürmədiyiniz halda bu fəaliyyətsizliyiniz məhsullara dair mülkiyyət hüququndan imtina etmək kimi dəyərləndiriləcək və Satıcıya onların üzərində öz mülahizəsinə görə sərəncam vermək hüququ verəcək.
Satıcı nə anbara daşınarkən məhsulların zədələnməsinə görə, nə də geri qaytarılan məhsulların və ya onların qablaşdırmasının içərisində unudulmuş əşyalara görə məsuliyyət daşımır.
8. Dəyərin geri qaytarılma müddəti və proseduru
8.1. Geri qaytarılan məhsulların əldə olunması zamanı istifadə olunmuş ödəmə metodundan asılı olmayaraq, Satıcı ödənilmiş məbləği ən qısa müddətdə, istənilən halda, Müqaviləyə xitam vermək haqqında qərarınızın əks olunduğu bildirişi sizdən aldığı tarixdən 10 (on) iş günü ərzində sizə geri qaytaracaq. Ödənişin geri qaytarılması proseduru yuxarıda qeyd olunmuş şərtlərə riayət edilib-edilmədiyi yoxlanıldıqdan sonra həyata keçiriləcək.
8.2. Digər ödəniş üsulundan istifadə etmək barədə Satıcı ilə dəqiq razılığa gəldiyiniz hallar istisna olmaqla, Satıcı ödənişin geri qaytarılmasını məhsulları əldə edərkən sizin istifadə etdiyiniz ödəmə metodu ilə eyni metoddan istifadə etməklə həyata keçirir. Bir şərtlə ki, ödəniş geri qaytarılarkən sizin üzərinizə əlavə xərclər düşməmiş olsun. Sifarişə daxil olan məhsulları alan şəxslə həmin məhsulların dəyərini ödəyən şəxs fərqli adamlar olarsa, və Müqaviləyə xitam vermə hüququndan istifadə edilərsə, ödəniş Sifarişi ödəyən şəxsə geri qaytarılacaq.
9. Məxfilik siyasəti
9.1. Sizin şəxsi məlumatlarınızın emal edilməsi haqqında məlumat internet səhifəmizin Məxfilik siyasəti bölməsində yerləşdirilmışdir.
9.2. Ümumi müddəalarımız və istifadə şərtlərimizlə hələ də tanış deyilsinizsə, onlarla tanış olmağı sizdən xahiş edirik.
9.3. Məxfilik siyasəti ilə bağlı daha ətraflı məlumat almaq üçün Müştəri xidmətimiz ilə əlaqə saxlaya bilərsiniz. Bunun üçün privacy@fsclub.az elektron poçt ünvanına yaxud Satıcının qeydiyyata alınmış ünvana (Z. Xəlilov küç., 80, Yasamal r., Bakı ş., Azərbaycan) sorğu göndərmək lazımdır.
10. Mübahisəli məsələlərin həllini tənzimləyən qanunvericilik
10.1. Hazırkı Ümumi müddəalar və satış şərtlərini tənzimləyən qanunvericilik istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının tətbiq olunan qanunvericiliyi hesab olunur.
10.2. Satıcı ilə İstehlakçı arasında hazırkı Ümumi müddəalar və satış şərtləri ilə əlaqədar mübahisəli məsələnin sülh yolu ilə həllinə nail olmaq mümkün olmadığı halda tətbiq olunan qanunvericiliyə uyğun olaraq məhkəmə qismində İstehlakçının yaşadığı və ya qeydiyyatda olduğu yer üzrə yerləşən məhkəmə, və ya İstehlakçının birbaşa ifadə olunmuş sorğusuna əsasən Azərbaycan, Bakı şəhərində yerləşən məhkəmə çıxış edəcək.
11. Düzəlişlər və yeniləmələr
Tətbiq olunan qanunvericilikdə baş verən dəyişikliklərlə əlaqədar hazırkı Ümumi müddəalara və satış şərtlərinə vaxtaşırı dəyişiklik edilə bilər. Ümumi müddəalara və satış şərtlərinə edilən dəyişikliklər "fsclub.az" saytında dərc edildiyi tarixdən qüvvəyə minir.